İsveç Azərbaycanlıları Konqresindən Alxanlı faciəsi ilə bağlı MÜRACİƏT
Day.Az представляет новость на азербайджанском языке
İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı İsveç Krallığında Resytaqa, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan - Svenska Pen təşkilatına müraciət edib.
Day.Az bildirir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi faktı müraciətdə geniş qeyd olunub. Müraciətdə bildirilir ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxirbatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir.
Müraciətdə həmçinin, İsveç Krallığının qanunverici və icraedici orqanlarından baş vermiş hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.
İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq, Ermənistanın bu ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb. Məktubda deyilir: "Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz - İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımızı bildiririk".
Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре