https://news.day.az/azerinews/919212.html Göygöldə istirahət mərkəzində yanğın baş verib

Göygöldə istirahət mərkəzində yanğın baş verib

Azərbaycanca, 29 июля 2017 09:19 (UTC +04:00) 1 158
Göygöldə istirahət mərkəzində yanğın baş verib

Day.Az представляет новость на азербайджанском языке

Gecə saatlarında Göygöl rayonunun Toğanalı kəndində yerləşən istirahət mərkəzində yanğın baş verib.

Day.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahət mərkəzinin mətbəxinin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.

İstirahət mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости