https://news.day.az/azerinews/985108.html Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTOLAR Day.Az представляет новость на азербайджанском языке Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Day.Az report.az-a istinadən bildirir ki, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTOLAR

Azərbaycanca, 12 марта 2018 09:38 (UTC +04:00) 1 050
Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, "Hyunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости