MDB PA müşahidə missiyasının rəhbəri: "Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək"

Day.Az представляет новость на азербайджанском языке

MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, İ.Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.

Beynəlxalq müşahidəçi deyib: "Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işini görürük. Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə yüksək səviyyədir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.