https://news.day.az/politics/712997.html Məzahir Pənahov: "Heç bir şikayət daxil olmadı"

Məzahir Pənahov: "Heç bir şikayət daxil olmadı"

Политика, 2 ноября 2015 09:37 (UTC +04:00) 726
Məzahir Pənahov: "Heç bir şikayət daxil olmadı"

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55,7 faiz təşkil etdi.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, ötən parlament seçkisi ilə müqayisədə bu dəfə seçici fəallığı təxminən 6 faiz çox oldu: "Məntəqələr vaxtına açıldı və bağlandı. Veb-kameralar kəsilmədən sona kimi fəaliyyət göstərdi. Heç bir şikayət daxil olmadı. Müraciətlər, əsasən, məlumat xarakterli idi".

Onun sözlərinə görə, səsvermə günü MSK-nın "qaynar xətti"nə 150-yə qədər müraciət daxil olub ki, bunlar da texniki məsələlərlə bağlı olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости