"Azərbaycana qarşı baş verən hər şey qərəzlidir"

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-in Azərbaycana öz nümayəndə heyətini göndərməmək və parlament seçkilərinin demokratikliyini təsdiq etməmək üçün heç bir obyektiv səbəbi yox idi.

Trend-in məlumatına görə, bunu İsrailin sabiq xarici işlər naziri, "Naş dom İsrail" partiyasının lideri Aviqdor Liberman Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

A.Liberman bildirib ki, İsraildə dəfələrlə ikili standartlarla və ədalətsizliklə üzləşiblər: "ATƏT-dən, məsələn, Səudiyyə Ərəbistanında demokratik normalar barədə hər hansı qınama eşitməmişəm".

A.Liberman qeyd edib ki, Azərbaycana qarşı baş verən hər şey qərəzlidir və qeyri-obyektiv yanaşmadır: "İsrail üçün Azərbaycanla münasibət xarici siyasət xəttinin vacib tərkib hissəsidir".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.