"Hər şey qanunvericiliyə və beynəlxalq standartlara uyğun idi"

Day.Az представляет новость на азербайджанском языке

Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Əvvəllər iki dəfə alim kimi səfər etmişəm, ilk dəfədir ki, müşahidəçi qismində Azərbaycana gəlirəm.

Bunu Milli.Az-a açıqlamasında Türkdilli dövlətlərin əməkdaşlıq şurasının missiyasının tərkibində Azərbaycandakı parlament seçkilərini müşahidə etmiş Beynəlxalq Türk Akademiyasının elmi katibi Şarip Amantay deyib.

"Seçkilər vaxtı heç bir qanun pozuntusunu aşkar etmədik, hər şey qanunvericiliyə və beynəlxalq standartlara uyğun idi. Təşkilatçılıq isə yüksək səviyyədə idi. Səsvermə günü səhər tezdən etibarən məntəqələrə insan axını artırdı. Adətən insanlar seçki məntəqələrinə kütlə şəklində gedirlər. Burada isə insanlar sakit, öz axarı ilə məntəqələrə gedib, səslərini verirdilər. Hər şey plana və seçicilərin istəyinə uyğun gedirdi. Müxtalif partiyalardan çoxlu yerli müşahidəçilər var idi. Onların heç biri şikayət etmədi. Adətən pozuntular barədə beynəlxalq müşahidəçilərə şikayət edirlər, amma burada hər şey normal idi. Çox sevindiricidir ki, hər yerdə müşahidə kameraları var idi və kütləvi informasiya vasitələri fəal işləyib, məlumat ötürürdülər. Bəzi məntəqələrin qarşısında exit-pool-lar keçirilirdi. 6 namizədin irəli və ya geri olduğu haqda məlumatları müstəqil araşdırma mərkəzlərindən almaq olurdu.

Mən Qazaxıstanda da prezident və parlament seçkilərində seçici kimi iştirak etmişəm. Hər iki ölkədə seçkilər azad, demokratik, şəffaf, ən yüksək təşkilati səviyyədə keçirilir. Təbii ki, kiçik pozuntular da olub, məsələn, kiminsə adı siyahıya salınmaya bilər, bunlar texniki məqamlardır. Amma nə Azərbaycanda, nə də Qazaxıstanda seçkilərdə böyük pozuntular olmayıb. Əgər belə bir şey olsaydı, beynəlxalq müşahidəçilər mütləq bu haqda yazardılar", - o deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.