"Seçkilərdə diqqəti ən çox cəlb edən məsələlərdən biri..."
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda keçirilən parlament seçkilərində diqqəti ən çox cəlb edən məsələlərdən biri qadınların seçkilərdə fəal iştirak etməsi idi.
Milli.Az-ın məlumatına görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi Çinq Eui-Yong deyib.
Onun sözlərinə görə, dünən İCAPP-ın nümayəndələri müxtəlif məntəqələrə baş çəkib, eyni zamanda məntəqələrdə səslərin hesablanması prosesində də iştirak ediblər.
Çinq Eui-Yong deyib ki, İCAPP nümayəndələrinin apardığı müşahidələrin nəticələrinə görə, ümimilikdə seçki prosesi sülh şəraitində keçirilib, seçkilərin nəticələrinə təsir göstərə biləcək, demokratiyanın prinsiplərinə xələl gətirəcək heç bir hadisə baş verməyib.
Təşkilatın baş katibi bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması və seçkilərin onlayn müşahidə edilməsi alqışlanası addımdır: "Azərbaycandakı parlament seçkiləri ölkədə demokratiyanın inkişafına, onun təməlinin möhkəmlənməsinə müsbət təsir göstərəcək".
Qeyd edək ki, İCAPP-ın tərkibində Banqladeş, Pakistan, Hindistan, Kamboca, Koreya və Filippindən olan nümayəndələr Azərbaycandakı seçkilərin gedişini müşahidə ediblər.
Digər ölkələrdən olan müşahidəçilər də bildiriblər ki, seçici fəallığı yüksək olub, xüsusən qadınların aktiv iştirakı onları heyrətləndirib. Hətta axşam saatlarında da seçici fəallığı müşahidə edilib ki, bu da Azərbaycandakı seçkilərin müsbət göstəricilərindən biridir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре