"Azərbaycanın inkişafını, yüksəlişini, əldə etdiyi tərəqqini..."

Day.Az представляет новость на азербайджанском языке

"V çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atılan növbəti mühüm addımdır". Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq  Elman Nəsirov deyib.

O bildirib ki, vətəndaşların seçki hüququnu reallaşdırması üçün bütün təşkilati və texniki işlər vaxtında tamamlandı: "Şəffaflığın təmin olunması baxımından ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırıldı. Bütün bunlar ölkəmizə səfər edən beynəlxalq müşahidəçilər, xüsusilə AŞPA monitorinq qrupunun da diqqətindən kənarda qalmayıb. 27 ölkədən 40 beynəlxalq təşkilatın 500-dən çox müşahidəçisi Bakı və digər şəhərlərdə səsvermə prosesini canlı izlədi. Onlar Azərbaycanda seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçdiyini bildiriblər".

Politoloq  qeyd edib ki, Azərbaycanın inkişafını, yüksəlişini, əldə etdiyi tərəqqini, siyasi sabitliyi həzm edə bilməyən qüvvələrin qərəzli mövqe nümayiş etdirəcəkləri gözlənilən idi: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəmizə qarşı mövqeyinin qərəzlidir. Bu, bizim üçün təəccüblü deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.