Milli Məclisə sədr seçildi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün beşinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilir.

Modern.az xəbər verir ki, iclasda parlamentin yeni sədri seçilib. Deputatlar Oqtay Əsədovu yenidən Milli Məclisin sədri vəzifəsinə seçiblər. İclasda 4 yeni komitə də yaradılıb.

O. Əsədov parlamentə YAP siyahısı ilə deputat seçilib. İkinci və üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2005-cı il dekabrın 2-dən bəri parlamentin Sədri vəzifəsində çalışır.

Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.