7 nəfər namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini MSK-ya təqdim edib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə deyib.

İşçi Qrupun rəhbəri qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməlidirlər.

E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: "MSK imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər".

KİV nümayəndələri MSK-da prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.