Türkiyə şou-biznes ulduzları yeni ildə nə qədər qazanacaq?

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyədə şou-biznes nümayəndələrinin yeni ildə səhnəyə çıxaraq qazanacaqları pulun məbləği bəlli olub. ANS PRESS "Habertürk"ə istinadən xəbər verir ki, ən yüksək məbləği Bülent Ersoy alacaq. Məlumata görə, Ersoy yen ildə səhnəyə çıxmaq üçün 500 000 türk lirəsi (192 600 manat) alacaq.

Digər müğənnilərin alacaqları məbləğ isə ardıcıllıqla belədir:

Sibel Can 300 000 lirə (115 560 manat)

Ozcan Deniz 250 000 lirə (96 300 manat)

Ebru Gündeş 250 000 lirə (96 300 manat)

Candan Erçetin 200 000 (77 000 manat)

Funda Arar 140 000 lirə (54 000 manat)

Ferhat Göçer 150 000 lirə (57 800 manat)

Seda Sayan 130 000 lirə (50 000 manat)

Alişan 110 000 lirə (42 000 manat)

Aşkın Nur Yengi 75 000 lirə (29 000 manat)

Burcu Güneş 40 000 lirə (15 400 manat)

Qeyd edək ki, yeni ildə qazanılacaq pulla bağlı rekord hələlik mega-star Tarkandadır. Yeni ili Azərbaycanda qarşılamağa hazırlaşan Tarkan burda səhnəyə çıxacağı üçün 1 milyon lirə (385 000 manat) pul əldə edəcək.