Nardaranda ölən polisin

Day.Az представляет новость на азербайджанском языке.

Nardarandakı toqquşmada həlak olan polisin kimliyi məlum olub.

"Qafqazinfo" femida.az-a istinadən xəbər verir ki, vəfat edən polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı sabah II Fəxri xiyabanda dəfn ediləcək.

"Qafqazinfo" əlavə edir ki, dünyasını dəyişən Vüqar Nəsibov idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Nardaranda ölən polisin VİDEOSU