Azərbaycanlı akademik ölərkən əlində telefon olub, xanımı komada

Day.Az представляет новость на азербайджанском языке

----------
14:40

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva hazırda komadadır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti çox ağır qiymətləndirilir: "Vəziyyıtin gedişatı onu göstərir ki, bu krizis hələ davam edəcək. Onun hələ bir necə gün ərzində komada qalacağı ehtimal edilir. Ancaq indi müayinələr aparılır və müvafiq tədbirlər də görülür".

ХХХ

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.

Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum akademik həyat yoldaşı Tamara Hacıyeva ilə birlikdə bu gün səhər saatlarında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən T.Hacıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Hacıyev ölən zaman əlində mobil telefon olub. Deyilənə görə, o, özü telefonla köməyə adam cağırmağa cəhd etsə də, mümkün olmayıb. Mənzilin qapısı bağlı olduğundan onları xilas etmək istəyən FHN işçiləri qapını sındırmaqla icəriyə daxil olublar.

T.Hacıyev institutun Elmi Şurasının iclasında iştirak etməyə hazırlaşırmış. Bu gün həm də T.Hacıyevin nəticəsi - yeganə oğlu, fizika üzrə fəlsəfə elmləri doktoru Azər Hacıyevin nəvəsinin 5 yaşı tamam olurdu. T.Hacıyev həyat yoldaşı ilə birlikdə bu gün həm də həmin məcslidə iştirak etməli imişlər. T.Hacıyevin bir oğlu isə bir necə il əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalib. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

--------
12:21

Akademik səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin oğlu APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, atası bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.