Banklardan qadınlara şad xəbər - MÜTLƏQ OXUYUN! - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Qadınlar banklardan daha aşağı faizlə kredit götürə və aylıq daha az faiz ödəyə biləcəklər
"Xəzər xəbər"in məlumatına görə, qadınlar banklardan daha aşağı faizlə kredit götürə və aylıq daha az faiz ödəyə biləcəklər. Hazırda müzakirə mərhələsində olan bu layihənin təfərrüatları növbəti süjetimizdə.
Bundan sonra qadınlar daha aşağı faizlə kredit ala biləcəklər. Bu, beynəlxalq maliyyə qurumları ilə Mərkəzi Bank arasında müzakirə edilən yeni layihənin qəbulu ilə gerçəkləşə bilər.
Qadın sahibkarların cəmiyyətdə rolunun yüksəldilməsinə və onların sayının artırılmasına hesablanan layihədə qadınlar üçün kredit ödənişlərində də bir sıra güzəştlər nəzərdə tutulur.
Ancaq qadınlar üçün nəzərdə tutulan bu kredit güzəştindən sui-istifadə hallarının ola biləcəyi də istisna edilmir. Məsələn, kredit qadının adından götürülsə də, biznes fəaliyyətini kişi idarə edərək kredit faizlərindən yayına bilər. Ancaq ekspertlər bu sahədə nəzarət mexanizmləri ilə belə halların qarşısının alınmasını mümkün hesab edirlər.
Hazırda müzakirə mərhələsində olan layihənin reallaşması ilə Azərbaycanda qadınlara xas olan xalçaçılıq, dərzilik və digər sahələrin inkişafında yeni mərhələnin başlanmasına səbəb ola bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре