Nardaranda ölən polis qatı şiə tərəfdarı olub - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Femida.az xəbər verir ki, Nardaranda keçirilən əməliyyat zamanı dünyasını dəyişən polis əməkdaşı Vüqar Nəsibov barəsində sensasion məlumatlar dolaşmaqdadır.
Belə ki, bu polisin qatı şiə tərəfdarı olduğunu sübut edən foto yayılıb.
Foto Vüqar Nəsibov el ağsaqqalı sayılan Hacı Həbib Tağıyevin qəbrini ziyarət edərkən çəkilib. Əlində "Zülfiqar" qılıncı tutan şəhid polisimiz özünün şiə tərəfdarı olduğunu əyani şəkildə sübut edir. Xalçanın üzərində isə imam Əlinin şəkli əks olunub.
Qeyd edək ki, Vüqar Nəsibov Daxili İşlər Nzirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. O, evli olub və iki övlad atası idi. Mərhum polis əməkdaşı II Fəxri xiyabanda dəfn edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре