İcbari sığorta elektronlaşdırılır
Day.Az представляет новость на азербайджанском языке
Dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq
Azərbaycanın sığorta sistemində nağdsız dövriyyənin həcminin artırılması istiqamətində ciddi addımlar atılır. "İcbari sığortalar haqqında" qanuna ediləcək dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq. ıctnews.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin (DSN) rəisi Namiq Xəlilov məlumat verib. Onun sözlərinə görə, elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verəcək. "Ona görə də hesab edirəm ki, sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin. Bütün bunlar sığorta bazarında nağdsız ödənişlərin həcmini artıracaq və beləliklə də ödəniş sistemlərinin təkmilləşdirilməsi baş verəcək. Hazırda isə sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре