İki avtomobil toqquşub, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan sərnişin, Samux rayon Tatlı kənd sakini, 1973-cü il təvəllüdlü Səbinə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.