Bakıda vətəndaşın xəbəri olmadan adına kreditə görün nə aldılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza ilə kompüter alınıb.

Day.Az bildirir ki, bu barədə report-a vəkil Vamiq Şükürov məlumat verib.
Vəkilin sözlərinə görə, iştirakı olmadan sənədləri və imzası saxtalaşdırılmış, adına kreditə kompüter götürülmüş vətəndaş Elçin Hacıyev hüquqi yardım almaq üçün ona müraciət edib: "Kompüteri kreditə vermiş "BestComp Group" şirkəti Elçin Hacıyevi məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsi isə həmin şəxsin borcunun onun maaşından tutulması qərarı çıxarıb".
V.Şükürov həmin qərardan apellyasiya şikayəti verdiyini deyib: "Uzun sürən məhkəmə prosesindən sonra yeni qərar çıxarıldı. Məhkəmədə məlum oldu ki, mənə müraciət edən şəxs Elçin Hacıyev kompüteri həmin şirkətdən almayıb, onun yerinə imzası saxtalaşdırılıb. Məhkəmə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması barədə xüsusi qərar qəbul etdi".
Vəkil əlavə edib ki, bu məsələdə "BestComp Group" şirkətinin günahı olmayıb: "Sənədi saxtalaşdıranlar başqa şəxslər olublar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.