Rusiya Dövlət Dumasında sükut...
Day.Az представляет новость на азербайджанском языке
Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Day.Az Trend-ə istinadən bildirir ki, deputatların səfirin öldürülməsi ilə bağlı terrorizmi pisləyən və gələcəkdə belə halların baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərini vacib sayan bəyanat qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре