"Qan verməklə başqasına həyat verirsən” aksiyası uğurla davam edir - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanmışdır. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur.İlk aksiya 20 iyun tarixində Hacıqabul rayonunda baş tutub. Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak etmişlər. Başçı aksiyaya qoşularaq qan vermiş və belə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Nəzərinizə çatdıraq ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanmışdır. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaqdır. Bu gün isə aksiya Bərdə şəhərində uğurla həyata keçirilmişdir. Aşağıda növbəti aksiyaların tarixləri ilə tanış ola bilərsiniz. Sizdən layihəyə informasiya dəstəyi göstərməyinizi xahiş edirik.
Bərdə 21.06.13
Mingəçevir 24.06.13
Zaqatala 25.06.13
Şəki 26.06.13
Qəbələ 27.06.13
Şamaxı 28.06.13
Tovuz 01.07.13
Gəncə 02.07.13
Göygöl 03.07.13
Xaçmaz 05.07.13
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре