Bakıda 27 yaşlı gəncin qanı töküldü

Day.Az представляет новость на азербайджанском языке.
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, Babək prospekti 78 ünvanında 27 yaşlı Təvəkkül Tanrıverdiyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Təvəkkül Tanrıverdiyev tərəfindən döyüldüyünü görən şəxs əlini bıçağa atıb. O, Təvəkkülə kürək nahiyəsindən altı, ayağından isə bir zərbə endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı tanışları tərəfindən xəstəxanaya aparılıb. T.Tanrıverdiyev dərhal əməliyyat olunub.
Xəstəxanadan hadisə barədə ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat verilib. Bölmədən hadisəni törədən şəxsin axtarışlarının davam etdiyi bildirilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре