Erməni şahmatçı Bakıda məğlub oldu

Day.Az представляет новость на азербайджанском языке
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır.
"Qafqazinfo"nun məlumatına görə, artıq 1\32 final mərhələsi arxada qalıb. 1\16 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-brekdə həll olunub. Bu dəfə də sürprizsiz keçinməyib.
Günün sürprizi Ermənistan təmsilçisi Levon Aronyanın Ukrayna şahmatçısı Aleksandr Areşenkoya məğlubiyyəti olub. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirib.
Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb olub.
Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim olub. Mütəxəssislər cavab görüşündə onun revanş alacağına inansa da, proqnozlar doğrulmayıb. Qara fiqurlarla kortəbii hücuma keçən Aronyan rəqibin gedişinə fikir verməyib və nəticədə ikinci görüşdə də məğlubiyyət acısı yaşayıb.
Beləliklə Levon Aronyan 1\32 finalda mübarizəni dayandırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре