https://news.day.az/azerinews/1014160.html Yol polisi reyd keçirdi: Yığışdırmasan, kişi deyilsən - FOTO Day.Az представляет новость на азербайджанском языке Kürdəmir rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.

Yol polisi reyd keçirdi: Yığışdırmasan, kişi deyilsən - FOTO

Azərbaycanca, 12 июня 2018 18:52 (UTC +04:00) 938
Yol polisi reyd keçirdi: Yığışdırmasan, kişi deyilsən

Day.Az представляет новость на азербайджанском языке

Kürdəmir rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ağır tonnajlı, iri qabaritli yük maşınlarının girişi qadağan olan yollarda hərəkət edən nəqliyyat vasitələrinin, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücüləri yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 

Reyd zamanı ümumilikdə 50-yə yaxın avtomobilin sürücüləri barədə protokollar tərtib edilib və bəzi avtomobillərin istismarı dayandırılaraq müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib. 

Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, "Saxla" əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibati cəza tədbirləri görülüb.

Bilməyərək qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.

Reydlərin bu ilin sonunadək mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Yol polisi reyd keçirdi: Yığışdırmasan, kişi deyilsən

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости