Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Məşədi Dadaş məscidində yad edildi

Day.Az представляет новость на азербайджанском языке

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bakıdakı Məşədi Dadaş məscidində da dərin hüznlə yad edilib. Faciənin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə yüzlərlə insan iştirak edərək şəhidlərin xatirəsini anıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə çıxış edən məscidin imamı hacı Şahin Həsənli 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın mübarizliyindən danışıb. O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Hər kəsin bu cür tədbirlərdə iştirak etməsi bir vətəndaşlıq borcudur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca 20 Yanvar faciəsi qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.