https://news.day.az/azerinews/1149425.html Bu yay neçə nəfəri gün vurub?

Bu yay neçə nəfəri gün vurub?

Azərbaycanca, 22 августа 2019 13:29 (UTC +04:00) 5 756
Bu yay neçə nəfəri gün vurub?

Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə günvurma diaqnozu ilə dörd nəfər gətirilib.

Day.Az xəbər verir ki, bu barədə Oxu.Az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

A.Maqsudov bildirib ki, dörd nəfərə ilkin tibbi yardım edildikdən sonra evə buraxılıblar:

"Onların ikisi iyunda, ikisi isə iyulda müraciət edib. Avqustda isə günvurma ilə bizə müraciət edən olmayıb".

Baş həkim onu da əlavə edib ki, səkkiz nəfər hörümçəyin bir növü olan qara qurddan zəhərlənib:

"Onlar arasında ölüm hadisəsi olmayıb. Əsasən, qara qurddan zəhərlənmə ilə bağlı Bakıətrafı kəndlərdən - Zirə, Maştağa, Şüvəlan və Türkandan müraciətlər olur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости