Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO
8 Noyabr - Zəfər Günü münasibətilə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Bakıda Zəfər parkındakı abidəni ziyarət ediblər.
Trend-in müxbiri xəbər verir ki, dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Qeyd edək ki, günün ilk saatlarından etibarən vətəndaşlar da Zəfər parkını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını bildirirlər.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan çoxsaylı şəhər, qəsəbə və kəndləri azad edib. Noyabrın 8-də Şuşanın azad olunması Azərbaycanın tarixi Qələbəsində həlledici rol oynayıb.
Şuşanın azad edildiyi 8 noyabr tarixi hər il Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре