Ombudsman Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub - FOTO
18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar Daşkənddə yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil olunub. Özbəkistana səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə həmin tədbirdə iştirak edib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və Özbəkistanda yaşayan soydaşlarımız da iştirak ediblər.
Tədbir başlanmazdan əvvəl Ombudsman Səbinə Əliyeva Mədəniyyət Mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramını bildirib. Ombudsman mərkəzin həyətində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş "Şəhidlər bağı"nı da ziyarət edib və şəhidlərimizin əziz xatirəsini anıb.
Ombudsman tədbirdə çıxış edərək, bu əlamətdar günün tarixi haqqında danışıb və həmvətənlərimizi təbrik edib. Səbinə Əliyeva çıxışı zamanı ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Daha sonra tədbir mədəni hissə ilə davam edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре