https://news.day.az/azerinews/1492326.html
Paracüdo idman növü üzrə milli komandanın üzvləri bürünc medal qazanıblar
Paracüdo idman növü üzrə milli komandanın üzvləri bürünc medal qazanıblar

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə Namiq Abaslı (-73 kq, J2) və İsmayıl Muradov (-60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Komitədən Day.Az-a bildiriblər ki, millimizin aktivində 2 bürünc medal var.
Qeyd edək ki, növbəti görüşlərdə İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova ( +70 kq, J2) tatami üzərinə çıxacaqlar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре