Bugünkü insident Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasının zəruriliyini göstərir -

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.

"Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlik qeyd edib.