https://news.day.az/azerinews/1546231.html
Zaqatalada itləri kim öldürür? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldürülməsi ilə bağlı fotolar yayılıb. Day.Az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda itlərin kütləvi şəkildə zəhərlənərək öldürüldüyü iddia olunur.
Zaqatalada itləri kim öldürür? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldürülməsi ilə bağlı fotolar yayılıb.
Day.Az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda itlərin kütləvi şəkildə zəhərlənərək öldürüldüyü iddia olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin cəsədlər bir müddət əvvəl Zaqatala şəhəri Qaladüzü adlanan ərazidə ölən itlərin cəsədləridir.
"Qeyd olunan məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılıb, baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən itlərin xəstəlikdən öldüyü bildirilib", - deyə məlumatda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре