Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Day.Az-ın məhkəməyə istinadən məlumatına görə, iki həbs qərarı çıxarılıb.

Qərarlardan ikincisi Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsi ilə bağlıdır.