Növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrinin bu vaxt açıqlanacaq

Səsvermənin nəticələri seçki günü Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdiriləcək.

Day.Az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi "Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı"nda əksini tapıb.

Bildirilib ki, Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi təmin edilməlidir.

Qeyd edilib ki, Seçicilərin səslərinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməlidir.

Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla) əntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsi məlumat lövhəsində asılaraq nümayiş etdiriləcək.

2024-cü il fevralın 9-dan gec olmayaraq Seçki dairəsi üzrə seçkilərin nəticələri müəyyən olunacaq, dairə seçki komissiyası protokolu tərtib ediləcək və protokolun 1-ci nüsxəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.