https://news.day.az/azerinews/1677847.html
Rusiya FTX Dağıstanda terror aktlarının qarşısını alıb
Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar. Day.Az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Rusiya FTX Dağıstanda terror aktlarının qarşısını alıb

Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.
Day.Az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin müəyyən edilərək həbs ediliblər.
Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb", - məlumatda qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре