Bakıdakı "Formula 1"in qonaqları - FOTOREPORTAJ

Bu gün Bakıda "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024" start götürüb.
Çox sayda xarici qonaq yüksək sürət və möhtəşəm bolidlərin amansız mübarizəsini izləmək üçün Bakıya gəlib.
Qonaqların əyləncəsi üçün yarışların keçirildiyi trekin yaxınlığında, Dənizkənarı Milli Parkda müxtəlif əyləncələr təşkil edilib.
Day.Az xəbər verir ki, Trend "Formula 1"dəki qonaqların maraqlı fotolarını təqdim edir:
Xatırladaq ki,13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək. Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре