https://news.day.az/azerinews/1691689.html
Azərbaycana payız fəsli daxil olub
Azərbaycana payız fəsli qədəm qoyub.Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Day.Az-а verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olub. Bu gün payız gecə-gündüz bərabərliyi qeydə alınır.Payız fəslinin uzunluğu 89 gün, 20 saat, 36 dəqiqə və 54 saniyə olacaq.
Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli qədəm qoyub.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Day.Az-а verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olub. Bu gün payız gecə-gündüz bərabərliyi qeydə alınır.
Günəş ekliptika boyunca hərəkət edərək ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.
Payız fəslinin uzunluğu 89 gün, 20 saat, 36 dəqiqə və 54 saniyə olacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре