Balıq tutarkən boğulan şəxs hərbçi imiş

Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

O, şənbə günü xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Bu zaman Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.