Bakı-Sumqayıt yolunda zəncirvarı qəza

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə şahidləri lent.az-a bildirib ki, qəzaya yola yağ dağılması səbəb olub. 

Sürücülərin sözlərinə görə, yol yağlı olduğu üçün əyləc sistemi tutmayıb və nəticədə maşınlar bir-birinə çırpılıb. 

Hadisə yerindən görüntüləri təqdim edirik: