Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyaları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülür.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməlidir.
Eyni zamanda, üç ay müddətində bu Sərəncamın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, müvafiq səlahiyyətin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; və bu Sərəncamdan irəli gələn digər məsələlərin həll etməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре