https://news.day.az/azerinews/1721162.html Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

Azərbaycanca, 7 января 2025 16:10 (UTC +04:00) 685
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən onlara göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini hava və su nəqliyyatı vasitəsilə tərk edərkən geri qaytarılması qaydasını tənzimləyir.

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə isə həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil edilir və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости