COP29-da 300 milyard iqlim hədəfinə nail olunması Azərbaycanın müstəqil siyasət yeritməsinə etimaddan qaynaqlanır – Nazir müavini

Azərbaycan öz xarici siyasətində çoxtərəfliliyə üstünlük verir. Hazırda bu çoxtərəflilik mürəkkəb dövrdən keçir, xarici təsirlər var. Çoxtərəflilik, beynəlxalq təşkilatların mövcudluğu dövlətlərarası münasibətlərə təsir göstərir.
Day.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Qlobal Cənub iqtisadi və siyasi baxımdan inkişafdadır:
"Bunu bir neçə təçkilatın timsalında görmək olar. G20 artıq Afrika ölkələrini tamhüquqlu üzv kimi qəbul edib. BRICS təşkilatı da genişlənir, ona 4 tamhüquqlu üzv qoşulub, onlardan ikisi Afrika ölkəsidir".
Yalçın Rəfiyev əlavə edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrlik etdiyi dövrdə qlobal siyasətdə aktiv rol oynayıb.
"Hərəktarın bir neçə təsisatı yaradıldı - Gənclər Hərəkatı, Parlament Şəbəkəsi və s. COP29-dan sonrakı dövlərdə Azərbaycanla Qlobal Cənub ölkələri arasında müəyyən yaxınlaşmalar oldu. COP29-la Azərbaycan qlobal lider xüsusiyyətini bir daha təsdiqləmiş oldu. 300 milyard dollar hədəfinə nail olunması Qlobal Şimaldan Qlobal Cənuba bir dəstək oldu. 98 dövlət arasında Konsensus imzalandı. Bu çətin qərarın əldə olunnmasının mümkünlüyü Azərbaycanın müstəqil siyasət yeritməsinə etimaddan qaynaqlanır", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре