https://news.day.az/azerinews/1752817.html Aytacın meyiti tapıldı - TƏFƏRRÜAT Gürcüstanda itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb. Day.Az "24News.ge"yə istinadən xəbər verir ki, avtomobildə aşkarlanan meyit ekspertizaya göndərilib.

Aytacın meyiti tapıldı - TƏFƏRRÜAT

Azərbaycanca, 15 мая 2025 09:40 (UTC +04:00) 531
Aytacın meyiti tapıldı

Gürcüstanda itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb.

Day.Az "24News.ge"yə istinadən xəbər verir ki, avtomobildə aşkarlanan meyit ekspertizaya göndərilib.

Bundan sonra cansız bədənin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovaya məxsus olduğu müəyyən edilib.

Xatırladaq ki, 21 yaşlı soydaşımızdan 40 gündən çox idi ki, xəbər alınmırdı.

Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.

O, Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olub, təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости