https://news.day.az/azerinews/1753011.html Dövlət qurumunun avtobusu qəzaya düşdü Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Dövlət qurumunun avtobusu qəzaya düşdü

Azərbaycanca, 15 мая 2025 17:58 (UTC +04:00) 464
Dövlət qurumunun avtobusu qəzaya düşdü

Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi "Niva" markalı minik maşını ilə toqquşub.

Nəticədə "Niva"da olan sürücünün 48 yaşlı həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости