Ərdoğan növbəti seçkilərdə namizəd olacaq? - AÇIQLAMA
.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Macarıstandan geri dönərkən jurnalistlərə açıqlamasında danışıb.
"Seçkilərdə yenidən namizəd olmaq niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq", - deyə Ərdoğan qeyd edib və Türkiyənin yeni Konstitusiyaya ehtiyac duyduğunu vurğulayıb.
Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası yeni Konstitusiyanın layihəsinin hazırlanması üzərində işləyir. O, həmçinin müxalifəti bu prosesə qoşulmağa dəvət edib.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре