https://news.day.az/azerinews/1767054.html
Bu ilin beş ayında orta aylıq nominal əməkhaqqı 9,1 % artıb
2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Əməkhaqqı neft-qaz sektorunda 3928,0 manat, qeyri neft-qaz sektorunda 1042,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,4 manat, özəl müəssisələrdə isə 1139,5 manat olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре