https://news.day.az/azerinews/1767603.html Bakıda avtobus yolda qalan avtomobilin sürücüsünü vurdu - ANBAAN VİDEO Bakının Nizami rayonunda, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bakıda avtobus yolda qalan avtomobilin sürücüsünü vurdu - ANBAAN VİDEO

Azərbaycanca, 14 июля 2025 14:44 (UTC +04:00) 401
Bakıda avtobus yolda qalan avtomobilin sürücüsünü vurdu

Bakının Nizami rayonunda, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib.

Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub.

İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости