https://news.day.az/azerinews/1768035.html BDYPİ-dən sürücülərə növbəti dəfə XƏBƏRDARLIQ DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Day.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir: "Yolda etinasızlıq ağır fəsadlara yol aça bilər. Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.

BDYPİ-dən sürücülərə növbəti dəfə XƏBƏRDARLIQ

Azərbaycanca, 16 июля 2025 11:34 (UTC +04:00) 485
BDYPİ-dən sürücülərə növbəti dəfə

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Yolda etinasızlıq ağır fəsadlara yol aça bilər. Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar".

Qeyd edilir ki, anuna əsasən sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.

"Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır", - qurumdan əlavə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости