https://news.day.az/azerinews/1771833.html Tərtərdə 3 nəfər kanalda batıb, 2 nəfərin cəsədi çıxarılıb - YENİLƏNİB Tərtər rayonunda 4 nəfər kanala düşüb. Day.Az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib. İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb.

Tərtərdə 3 nəfər kanalda batıb, 2 nəfərin cəsədi çıxarılıb - YENİLƏNİB

Azərbaycanca, 3 августа 2025 18:05 (UTC +04:00) 502
Tərtərdə 3 nəfər kanalda batıb, 2 nəfərin cəsədi çıxarılıb

Tərtərdə kanalda batan Bərdə sakinlərindən bir nəfərinin də meyti tapılaraq kanaldan çıxarılıb.

Trend-in yerli bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

---------
17:39

Tərtər rayonunda 4 nəfər kanala düşüb.

Day.Az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

 

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kənd sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər. Digər 2 nəfərdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən ərazidədirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости