https://news.day.az/azerinews/1771887.html Tərtərdə silahla insident törədən qazi həbs edildi - FOTO Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Tərtərdə silahla insident törədən qazi həbs edildi - FOTO

Azərbaycanca, 4 августа 2025 09:07 (UTC +04:00) 456
Tərtərdə silahla insident törədən qazi həbs edildi

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən Qafqazinfo-ya istinadən bildirilib ki, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində "AK-74" markalı avtomat silahdan atəş açıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus "VAZ-21014" markalı avtomobilə zərər dəyib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan "AK-74" markalı avtomat silah götürülüb.

Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib. 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

  • Tərtərdə silahla insident törədən qazi həbs edildi
  • Tərtərdə silahla insident törədən qazi həbs edildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости