https://news.day.az/azerinews/1772203.html İlin ilk yarısında neçə uşaq müəssisələrə yerləşdirilib? 2025-ci ilin birinci yarısında valideyn himayəsindən məhrum olmuş, eyni zamanda, çətin həyat şəraiti ilə üzləşmiş uşaqların yaşadığı 23 müəssisə üzrə 132 uşağın yerləşdirilməsi həyata keçirilib. Day.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

İlin ilk yarısında neçə uşaq müəssisələrə yerləşdirilib?

Azərbaycanca, 5 августа 2025 13:59 (UTC +04:00) 422
İlin ilk yarısında neçə uşaq müəssisələrə yerləşdirilib?

2025-ci ilin birinci yarısında valideyn himayəsindən məhrum olmuş, eyni zamanda, çətin həyat şəraiti ilə üzləşmiş uşaqların yaşadığı 23 müəssisə üzrə 132 uşağın yerləşdirilməsi həyata keçirilib.

Day.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəssisələrə yerləşdirilən uşaqlardan 71-i qız, 61-i oğlandır.

"Onlardan 35 nəfəri 0-3 yaş, 17 nəfəri 4-6 yaş, 34 nəfəri 7-12 yaş, 46 nəfəri 13-18 yaş kateqoriyasına aid olan uşaqlardır.

Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır.

O cümlədən, müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir",- deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости